Loading the player...

Ifrat ft Zehra Muradova - Getdi 2025 (Yeni Klip)

  • İfrat ft Zəhra Muradova - Getdi 2025 (Yeni Klip)
    Söz, Musiqi: İfrat
    Aranjiman: İsmayıl Əlizadə
    Layihə rəhbəri: Balkan
    Rejissor: Xəyal Hüseyn
    Səs Rejissoru: Fərşid Milani
    Fashion & Style consultant: Mika Huseynoff
    Hair master & Makeup: Elman Hajiyev
    "Getdi" - Sözləri (Lyric)
    Mənimlə yaşlansın yaşa dolsun istədim
    Səhvlərindən hər dəfə dərs alsın istədim.
    Mənim doğrularım ona gəlsədə yanlış
    Geyimi deyil, alnı açıq olsun istədim.
    O qədər xoşbəxt olurdum onun yanında
    Uşaq kimi gözlərim gülürdü anında
    Vaxt o qədər tez keçirdi lap elə bil ki
    Bizimlə düşmənliyi var idi zamanın da.
    Neyləsəm də olmadı
    Çıxdı getdi qalmadı
    Ah bir ömür tükəndi getdi.
    Məni heç inandırmadı
    Getməyi yandırmadı
    Dərd odur ki, bəzəndi getdi.
    O zalıma gözlərimin didəsi deyərdim
    Məndən ən sonuncu odur gedəsi deyərdim
    Kaş ki indi görməyə bir şansım olardı
    Yoxdur ruhumun yaşamaq həvəsi deyərdim.
    Sevmədiyini bildiyim halda qoruyurdum,
    Həqiqətin deyil, onun yanında durdum.
    O hər sıxıntısını mənim üstümə yıxdı,
    Mən isə xəyallarımı onun üstünə qurdum.
    DİQQƏT! Kopyalamaq qəti qadağandır! İfrat Dünyamalıyevə məxsus rəsmi kanal olduğu üçün ona aid olan bütün mahnı və videoların hüquqları tərəfindən qorunur. Əks təqdirdə kanalınıza Youtube tərəfindən şikayət atılacaq!
    #Ifrat #ZehraMuradova #Getdi

    Category : ALLONE

    #ifrat#ft#zehra#muradova#getdi#2025#yeni#klip

    0 Comments and 0 replies
arrow_drop_up