Loading the player...

Gürcü müğənni "Ay Laçın" mahnısına Laçında klip çəkdirəcək | Baku TV | #bakutvofficial

  • Gürcü müğənni "Ay Laçın" mahnısına Laçında klip çəkdirəcək | Baku TV | #bakutvofficial
    Gürcüstanın tanınmış müğənnisi Veriko Turaşvili Azərbaycan mahnılarından ibarət albom hazırlayıb. İfaçı albom üçün ilk 3 mahnını – Azərbaycanın xalq mahnıları “Laçın” və “Sarı gəlin”i, Niyazinin “Arzu” romansını artıq yazdırıb.
    Baku TV-yə verdiyi eksklüziv müsahibəsində müğənni Azərbaycan mahnılarından ibarət albom hazırlamaq layihəsinə necə başladığını açıqlayıb.
    Onu da qeyd edək ki, Veriko Turaşvili Azərbaycan dilində oxuduğu mahnıların həm də gürcü dilinə tərcümə edildiyini və eynilə gürcü dilində də ifa edəcəyini deyib.
    Gürcü müğənni mahnıların kliplərinin Azərbaycanda çəkilməsi üzrə danışıqların aparıldığını da diqqətə çatdırıb.
    Məlumat üçün onu da bildirək ki, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ifaçıya səfirliyin adından təşəkkürnamə təqdim edib. Veriko Turaşvili təşəkkürnaməyə 8 Noyabr – Zəfər Günü ərəfəsində Gürcüstanda keçirilən tədbirlərə verdiyi dəstəyə görə layiq görülüb. Səfir gürcü müğənniyə Azərbaycan musiqisinə xüsusi rəğbətinə görə təşəkkür edib.
    ________________________________
    Pulsuz Elanlar:www.tut.az
    Website: www.baku.tv
    Bizi izləyin: bit.ly/2Y75DEU
    ************
    Bizi Sosial Şəbəkələrdə izləyin
    Twitter: www.twitter.com/bakutvofficial
    Facebook: www.facebook.com/www.baku.tv
    Instagram: www.instagram.com/bakutvofficial
    Tiktok: vm.tiktok.com/bakutvofficial
    ************
    Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
    ************
    2018/2021 © All Rights Reserved ℗ Baku TV
    #BakuTv #Azerbaycan #trend

    Category : ALLONE

    #g#uuml#rc#ğənni#quot#ay#la#ccedil#ı#mahnıına#ında#klip#əkdirəə#baku#tv#bakutvofficial

    0 Comments and 0 replies
arrow_drop_up