Loading the player...

“Azərbaycan yanındadır, Türkiyəm” adlı klip hazırlanıb

  • “Azərbaycan yanındadır, Türkiyəm” adlı klip hazırlanıb
    Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, şair-publisist, polkovnik Abdulla Qurbaninin Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları ilə əlaqədar qardaş türk xalqına ünvanlanan “Azərbaycan yanındadır, Türkiyəm” şeiri əsasında klip hazırlayıb.
    Klipdə Azərbaycan Prezidenti İlham Əliyevin yanğınlarla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda əks olunan fikirlərə xüsusi yer verilib. Klipdə, həmçinin qardaş türk xalqının yanğınların qarşısının alınmasında göstərdiyi fədakarlıq tərənnüm olunur. “Bir millət, iki dövlət” olan qardaş xalqlarımızın bu çətin günlərdə çiyin-çiyinə verərək yanğınların söndürülməsində göstərdiyi əzmkarlıq xüsusi vurğulanır. Eləcə də tarix boyu bir sıra çətinliklərin öhdəsindən uğurla gələn Türkiyə dövlətinin və türk xalqının bu ağır sınaqdan da üzüağ çıxacağına qəti əminlik ifadə edilib.

    Category : ALLONE

    #ldquo#azərbaycan#yanındadı#t#uuml#rkiyə#rdquo#adlı#klip#hazırlanı

    0 Comments and 0 replies
arrow_drop_up